Koronavirusla bağlı son vəziyyət açıqlandı - STATİSTİKA
    • 7-05-2020, 22:16
    • 743

Koronavirusla bağlı son vəziyyət açıqlandı - STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 7-nə olan statistik göstəriciləri açıqlayıb.

News24.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 120 test edildiyi bildirilir.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 175 910 test aparılıb.