-
- 7-05-2020, 22:38
- 1 035
Koronavirusa təsirli olan dərman TAPILDI
Alman alimləri yeni tip koronavirusa qarşı təsirli ola biləcək yeni dərman tapıblar.
News24.az lenta.ru saytın istinadən xəbər verir ki, tədqiqat Maynts Universitetinin saytında dərc edilib. Maynts Universitetinin mütəxəssisləri MOGON II superkompüterinin köməyi ilə SARS-CoV-2 ilə mübarizədə antivirus dərmanlarının effektivliyini təhlil ediblər. Cihaz açıq məlumat bazalarında təsvir edilmiş 42 min müxtəlif tibbi maddə üzərində 30 milyard hesablama aparıb.
Təxminən iki ay davam edən araşdırmalar əsasında superkompüter tərəfindən hepatit C-yə qarşı tapılmış dərman vasitələri SARS-CoV-2 virusunun hissəciklərini zərərsizləşdirmək qabiliyyətinə malikdir. Həmin dərmanlar aşağıdakılardır: simeprevir, paritaprevir, qrazoprevir və velpatasvir.
Tədqiqat iştirakçısı professor Tomas Effert bildirib ki, bu elmi işlərinin nəticələrini laboratoriya sınaqları və kliniki sınaqlar zamanı təsdiq etmək lazımdır"