-
- 31-03-2020, 01:30
- 849
İran da koronavirusa qarşı dərman hazırladı
İranın Əhvaz şəhərinin Tibb Elmləri Universitetinin alimləri koronavirusa qarşı dərman hazırlayıblar.
News24.az xəbər verir ki, bu barədə universitetin elmi şurasının üzvü Mənsur Əmin Təsmini məlumat yayıb. O bildirib ki, yeni preparat bitkilərdən hazırlanıb və virusa yoluxmuş 10 nəfərin müalicəsində istifadə edilib. Onlardan 5-i sağalıb. Daha 5 nəfərin isə bu dərmanla müalicəsi davam etdirilir. Əgər onlar da sağalsalar, o zaman Səhiyyə Nazirliyinin icazəsi ilə preparatın kütləvi istehsalına başlanacaq və yoluxanların müalicəsində istifadə ediləcək.
Qeyd edək ki, İranda 41 min 495 nəfər virusa yoluxub, 2757 nəfər ölüb, 13 min 911 nəfər isə xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb