-
- 8-05-2020, 10:40
- 575
Uşaqları işə cəlb edən vəzifəli şəxslər CƏRİMƏLƏNDİ
Uşaq əməyinin qarşısının alınması ilə əlaqədar hüquq-mühafizə və digər orqanlardan daxil olmuş məlumatlar əsasında inzibati tədbirlər gücləndirilib.
News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.
Qeyd edilib ki, nəticədə 2019-cu il ərzində 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkar edilərək vəzifəli şəxslərə İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən 8600 manat cərimə tətbiq edilib. Bir halda isə uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi faktı aşkar olunub və və bu faktla əlaqədar vəzifəli şəxsə İXM-nın 192.9-cu maddəsinə əsasən 3000 manat məbləğində inzibati cərimə tətbiq edilib.