-
- 8-05-2020, 14:25
- 604
Abituriyentlər imtahanlara müxtəlif vaxtlarda daxil olacaq- TƏBİB
İmtahan zamanı kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafə (2 m) qorunmalı və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilməlidir.
News24.az-ın xəbərinə görə, bu barədə məlumat imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə öz əksini tapıb.
Eyni zamanda, imtahanda iştirak üçün sənədlər iştirakçı tərəfindən təqdim olunmalı, nəzarətçinin sənədlərə əllə toxunmamalı, hər iştirakçının arasında sosial məsafə (2 m) qorunmalı, imtahan ləvazimatları (qələm, karandaş və s.) ortaq istifadə edilməməlidir.
O da qeyd edilir ki, iştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmaları tövsiyə olunub.
Həmin müddət ərzində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri aşağıdakılardır:
- Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
- Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər);
- Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər);
- Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
- Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
- Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
- Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
- Tullantı qabları (spirt tərkibli məhlul və ya digər).