Bakıda yaşayan erməni qadın dövlət orqanlarını məhkəməyə verdi — FOTO
    • 26-09-2018, 12:35
    • 1 025

Bakıda yaşayan erməni qadın dövlət orqanlarını məhkəməyə verdi — FOTO

Bakıda yaşayan erməni qadın Xətai Rayon Polis İdarəsi və Dövlət Miqrasiya Xidmətini məhkəməyə verib.

 Avanesyan Larisa Yuryevna vətəndaşlıq vəziyyəti ilə bağlı 2 dövlət orqanı ilə məhkəmədə üz-üzə gələcək. 

Qeyd edək ki, məhkəmə prosesi oktyabr ayının 2-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə baş tutacaq.  

Xatırladaq ki, bu, Bakıda yaşayan ermənilərin vətəndaşlıq vəziyyətləri ilə bağlı məhkəməyə birinci müraciətləri deyil.

//Ölkə.az