" Hazırda 771 aktiv xəstəmiz var, 1621 nəfər sağalıb" - OPERATİV QƏRARGAH
    • 9-05-2020, 17:17
    • 1 001

" Hazırda 771 aktiv xəstəmiz var, 1621 nəfər sağalıb" - OPERATİV QƏRARGAH

“İkinci dalğa ola bilər”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, xəstəxanalar tam təchiz olunub: “Biz yoluxma hallarının artmasına hazırıq. Bu artımın baş verməsi həm də vətəndaşlarımızın məsələyə məsuliyyətsiz yanaşması ilə bağıdır. Hazırda 771 aktiv xəstəmiz var, 1621 nəfər sağalıb. İntensiv terapiyada 22 xəstə var, 9-u süni tənəffüs aparılan qoşulub".