Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var - RƏSMİ
    • 24-04-2020, 20:34
    • 689

Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var - RƏSMİ

"Bu yaxınlarda Rusiyadan Azərbaycana qayıdan 548 nəfər arasında ciddi yoluxma faktları aşkar etmişik".

News24.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Onlar karantin rejimində saxlanılacaq. Bu fakt bir daha onu göstərir ki, biz mütləq karantin rejimini xaricdən gələn vətəndaşlarımıza tətbiq etməli və müvafiq müayinələrdən sonra onların evə buraxılmasını təmin etməliyik" - R.Bayramlı bildirib.