Avtomobillərin qənimi olan şəxs SAXLANILDI
    • 9-05-2020, 19:04
    • 668

Avtomobillərin qənimi olan şəxs SAXLANILDI

Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

News24.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub.

Onun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. A.Feyziyev avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, maqnitofon, vətəndaşlara məxsus geyim əşyaları, fleşkartlar və qiymətli əşyalar aparıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə satıb.

Qeyd edək ki, istintaqa cəl olunan A.Feyziyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.