-
- 11-05-2020, 16:37
- 994
Gəncədə karantini pozan iaşə obyektləri AŞKARLANDI - FOTO - VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən, o cümlədən tibbi maskalardan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb.
Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkarlanıb.
Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.