-
- 3-04-2020, 13:21
- 1 026
Gəncədə karantin rejimini pozan şəxslər CƏRİMƏLƏNDİ
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəhər ərazisindəki yanacaq doldurma məntəqələrinə xüsusi karantin rejimlərinin tələblərinin icrasına nəzarət məqsədilə reyd təşkil edilib. Reyd zamanı bir neçə yanacaq doldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan personalların xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb. Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.