-
- 26-09-2018, 15:45
- 4 778
Gözəlliklə bağlı doğru bildiyimiz yanlışlar
İpək kimi üz dərisi, gur və canlı saçlar, sərt dırnaqlar,incə bədən quruluşu... Hansı qadın bu gözəlliklərə sahib olmaq istəməz ki?
Gözəllik haqqında doğru bildiyimiz yanlışları, yanlış bildiyimiz doğruları sizə təqdim edirik.
“Saçları gün ərzində çoxlu daramaq, onları daha güclü edir”- YANLIŞ!
Saçları müntəzəm daradıqda daha sağlam olacaqlar deyə bir şey olmadığı kimi, hətta aşağı keyfiyyətli daraqlar, saç uclarının qırılmasına səbəb olur. Amma gündə bir dəfə saç diblərini əl ilə masaj etmək qan dövranının sürətlənməsinəvə saçların yaxşı qidalanmasına köməklik edir.
“Soda dişləri ağardır”- DOĞRU!
Bəli, soda yalnız dadlı kekslər bişirməkdə yox, həmdə diş rənginin 1-2 ton açılmasında köməklik edir. Bunun üçün fırçanıza biraz soda əlavə edib, dişlərinizi fırçalayırsız. Diqqət: Soda çox istifadəsi zamanı, diş minasının incəlməsinə səbəb olduğu üçün, həftədə bir dəfə bunu etmək daha faydalı olar.
“Çay, göz şişkinliklərini azaldır”-DOĞRU!
Dəmlənmiş çay,yorğun gözlərdəki şişkinliyi azaltmaq üçün çox yaxşı üsuldur. Çünki çayın sakitləşdirici və şişklinlik aradan qaldırıcı təsiri var. Dəmlənmiş çaya pambıq batırıb, beş dəqiqəlik gözünüzə qoyub fərqi görə bilərsiniz.
“Bədəninizdəki tüklərin ülgüclə alınması, daha çox gur çıxmalarına səbəb olur”-YANLIŞ
Bu hal nə bədənimizdəki tüklərə, nə də saç tüklərimizə aid deyil. İnsanların belə başa düşməsinin səbəbi, ülgüclə kəsilmiş tüklərin uclarının daha iti olmasıdır. Amma bu itilik tüklər uzandıqdan sonra aradan qalxır. Tüklərinizi ülgüclə kəsdikdən sonra nəmləndiricidən istifadə etsəniz, dərinizin qurumasının və qaşınmasının qarşısını ala bilərsiniz.
“Limon suyu çilləri azaldır”-YANLIŞ
Çillərdən xilas olmaq üçün, limon suyundan istifadə etmək yaxşı üsul deyil. Çünki suyun içərisində olan asit həssas dərilər üçün təhlükəlidir. Çillərin artmasının qarşısını almaq üçün yüksək qoruma faktoruna sahib günəş kremlərindən istifadə edə bilərsiniz.
“Diş pastası, sızanaqların azalmasına kömək edir”-YANLIŞ
Bəzən diş pastasının sızanaqlara və uçuqlara yaxşı təsir etdiyi söylənilir. Bu çox yanlışdır. Çünki, quruducu xüsusiyyəti olmasına baxmayaraq tərkibində olan “flüorid” maddəsi əksinə üzdə sızanaqlar çıxmasına hətta infeksiya keçməsinə səbəb ola bilər.
Şəlalə Ağayeva