İyun ayında Türkiyəyə getmək istəyənlərin NƏZƏRİNƏ
    • 12-05-2020, 17:28
    • 729

İyun ayında Türkiyəyə getmək istəyənlərin NƏZƏRİNƏ

Türkiyə höküməti iyunun əvvəlindən ölkəyə gələn hər kəsi hava limanlarında və sərhəd buraxılış məntəqələrində koronavirus testin keçirəcək. 

News24.az xəbər verir ki, bu barədə "Hürriyet"ə müsahibəsində ölkənin turizm və mədniyyət naziri Nuri Mehmet Ersoy deyib. O bildirib ki, Səhiyyə Nazirliyi Antalyadan başlayaraq bütün hava limanlarında, həmçinin Kapıkule və İpsalda (Bolqarıstan və Yunanıstanla sərhədi keçid məntəqəsi)  koronavirus müayinəsi üçün məntəqələr açacaq. Hər gələn sərnişin testdən keçiriləcək. Nəticə 5-6 saat ərzində bilinəcək. Nazir qeyd edib ki, ölkəyə gələn hər kəsin yaşayış yeri bəlli olduğu üçün koronaviruslu xəstələri tapmaq o qədər də çətin olmayacaq. N.M.Ersoy həmçinin qeyd edib ki, insanlar pasport nəzarəti məntəqəsinə çatmamış test ediləcək və bu cəmi 2-3 dəqiqə vaxt alacaq.