Kamilin qızına dediyi sözlər hər kəsi KÖVRƏLTDİ
    • 12-05-2020, 22:42
    • 911

Kamilin qızına dediyi sözlər hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi, xüsusi karantin rejimini pozduğuna görə Nərimanov rayon məhkəməsinin hökmü ilə 10 sutka həbs cəzası alan Kamil Zeynallı məhkəmədən sonra qızı ilə danışıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı idmançının dostu Rövşən Tağıyev sosial şəbəkədə etdiyi paylaşımında bildirib.

Paylaşımda deyilir: "Bu sözlər, mənə bu gün, çox pis təsir elədi. Kamil məhkəmədən sonra övladı ilə telefonla danışdı. “Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa. Nigaran qalma ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracağam"".

Qeyd edək ki, Kamil Zeynallı karantin dövründə kasıb ailələrə etdiyi yardımları ilə bir çox sosial media istifadəçilərinin rəğbətini qazanıb.