10 ildən sonra tacını GERİ ALDI
    • 14-05-2020, 01:05
    • 996

10 ildən sonra tacını GERİ ALDI

Dünyanın ən qısa adamı kimi tanınan və 2010-cu ildə Ginnesin Rekordlar kitabına daxil olan kolumbiyalı Edvard Nino Hernandez 10 il sonra tacını geri alıb. 

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kolumbiyanın paytaxtı Boqota şəhərində yaşayan və  boyu 70,21 sm olan 34 yaşlı Edvard Nino Hernandez dünyanın ən qısa insanı seçildikdən 6 ay sonra tacı əlindən alınıb. Buna səbəb isə, Nepalın Baqlunq bölgəsində yaşayan Khaqendra Thapa Maqarın boyunun 67,08 sm olması olub.

Ancaq səlahiyyətli nümayəndələr köməksiz gəzmək qaydasını tətbiq etdikdən sonra Hernandez yenidən rekord vurub.