Avropa sərhədləri bu şərtlə açacaq - TƏLƏBLƏR
    • 14-05-2020, 13:13
    • 833

Avropa sərhədləri bu şərtlə açacaq - TƏLƏBLƏR

Avropa Komissiyası koronavirus pandemiyasından sonra 2020-ci ilin yayında Avropada turizmin bərpası ilə bağlı bələdçi hazırlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yayılan plana görə, ölkələr mərhələli şəkildə addım atmalı, ilk növbədə ölkə ərazisində daxili ərbəst hərəkəti bərpa etməli və oxşar epidemioloji vəziyyətə sahib olan dövlətlər arasında sərhərdlər turistlərin üzünə açılmalıdır. 

Yeni təhlükəsizlik prinsipləri nəzərə alınmaqla nəqliyyat xidmətlərini və turizm infrastrukturu obyektlərinin fəaliyyətini bərpa etmək lazımdır.

Avropa Komissiyası dövlətlərə koronavirus infeksiyası ilə əlaqəli potensial riskləri izləmək və bu barədə vaxtında xəbərdarlıq etməyə imkan verən anonim məlumatlar əsasında səyahət edənlər üçün xüsusi tətbiqetmələr hazırlamağı da tövsiyə edib.