Baba həyatı bahasına nəvəsini xilas etdi - FOTO
    • 27-09-2018, 10:00
    • 950

Baba həyatı bahasına nəvəsini xilas etdi - FOTO

ABŞ-ın Nyu-Meksiko ştatında 63 yaşlı kişi nəvəsini xilas edərkən ölüb. 

Bununla bağlı “ABC News” məlumat yayıb. 

Dağlarda gəzinti zamanı Cerard Qrinaf və 13 yaşlı nəvəsi Ostin Kerlinin olduğu avtomobil qayanın üstündə işilib. Kişi təhlükəli ərazidən keçmək istəyib, ancaq maşının dayandığı daş yerindən tərpənib və avtomobili 45 metr yüksəklikdən yerə çırpıb. Avtomobil aşan zaman baba nəvəsini xilas etmək üçün onu qucaqlayıb. 
Hadisə yerinin yaxınlığında olan şəxslər 20 dəqiqə müddətində onun həyatını xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Ağır xəsarətlər alan və çoxlu qan itirən yeniyetmə isə sağ qalıb. O, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 
//oxu.az