İlhamə Quliyevanın nəinki qızılları, ərzaqları da oğurlanıb - VİDEO
    • 27-09-2018, 12:23
    • 1 696

İlhamə Quliyevanın nəinki qızılları, ərzaqları da oğurlanıb - VİDEO

Mərhum xalq artisti İlhamə Quliyevanın ölümündən sonra qızıllarının oğurlanması ilə bağlı xəbərlər bu gün də müzakirə olunur. 

News24.az xəbər verir ki, Nanə Ağamalıyevanın aparıcılığı ilə yayımlanan "Şou ATV" verilişinin bu dəfəki qonaqları İ.Quliyevanın oğlu Orxan Nadirov, köməkçisi Mehriban Hüseynova və müğənni Nadir Qafarzadə olub. 

Proqramda İlhamə Quliyevanın ölümündən sonra qızıllarınnın naməluç şəxslər tərəfindən qarət olunması haqda danışan O.Nadirov morqdan geri döndükdə evdə olan qızılların yox olduğunu bildirib. 

Məsələyə Nadir Qafarzadə də menasibət bildirib. O, nəinki qızılların, hətta soyuducuda olan ərzaqların da oğurlandığını deyib. 

Mərhum xalq artistinin köməkçisi M.Hüseynova isə ifaçını qızıllarının nəinki bir balon, ondan da artıq olduğunu təsdiqləyib. 

Daha sonra Nadir Qafaqzadə dəfələrlə primadonnaya qızıl-ziynət əşyaları hədiyyə etdiyini, onların çox bahalı brilliant daşlardan hazırlandığını, hazırda isə İ.Quliyevanın evində onların heç birinin olmadığını açıqlayıb. 

Teymur Məmmədov