Gədəbəydə dəhşətli qəza - 1 NƏFƏR ÖLDÜ
    • 20-05-2020, 22:40
    • 1 412

Gədəbəydə dəhşətli qəza - 1 NƏFƏR ÖLDÜ

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı minik maşını ilə "NAZ Lifan" markalı avtomobil toqquşub. Qəza zamanı Rəşid Aslanzadə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 20 yaşlı Elxan Məmmədov bütün tibbi yardımlara baxmayaraq, xəstəxanada keçinib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.