-
- 22-05-2020, 12:12
- 1 246
Oğuzda 12 yaşlı Cəbrayılın parçalanmış meyiti tapıldı - YENİLƏNDİ - FOTO
Oğuzda 12 yaşlı oğlanın meyiti meşəlik ərazidə, parçalanmış vəziyyətdə tapılıb.
Rayonun Xaçmaz kənd sakini 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb. Onun meşədə yırtıcı heyvanlar tərəfindən parçalandığı ehtimal olunur.
Qeyd edək ki, C.Məmmədli ötən gün bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və itkin düşüb.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/
***
Rayonun Xaçmaz kəndinin bələdiyyə sədri Vidadi Məmmədov açıqlamasında bildirib ki, 12 yaşlı Cəbrayıl Məmmədli dünən itkin düşüb: “Uşaq velosiped sürə-sürə kəndin aşağısına gedib. Kəndin həmin tərəfi meşədir, ayı meşədən çıxaraq uşağı velosipedin üzərindən sürdüyü yerdə götürüb. Ayı uşağı meşəyə aparıb orada parçalayaraq yeyib. Demək olar ki, tam yeyib, sümükləri qalıb. Velosipedi də meyitin tapıldığı yerdən bir az aralıda tapılıb”. /Qafqazinfo/
***
Xaçmaz kənd İcra Nümayəndəliyindən bildirilib ki, uşaq dünən axşam saat 7 radələrində itkin düşüb: “Səhərə kimi axtarış aparılıb. Bu gün səhər saat 08 radələrində kənd camaatı onun meyitini tapıb. Meyiti görənlərin dediyinə görə, bu hadisə ayı məsələsi deyil. Çünki uşağın başında zərbə və boğazında xəsarət izi olub. Başqa heç bir şey olmayıb. Hazırda istintaq gedir, ərazi hüquq-mühafizə orqanlarının nəzarətindədir. Heç kimi yaxına buraxmırlar. Dəqiq bir məlumat yoxdur”.
Qeyd edilir ki, C.Məmmədlinin atası Vüsal Məmmədli “Qlükoza” zavodunda mühafizəçi işləyir, mərhum Cəbrayılın özündən balaca bir bacısı da var. /Qafqazinfo/
***09.00
Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşüb.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat vedriləcək.