-
- 22-05-2020, 12:19
- 1 235
Xidmət zamanı İntihar edən 33 yaşlı polislə bağlı ARAŞDIRMA APARILIR - DİN
Bakıda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 33 yaşlı polis əməkdaşının intihar hadisəsi ilə bağlı yenilik var.
Bu barədə News24.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis-polkovniki Ehsan Zahidov deyib. Qurum rəsmisi bildirib ki, intihar hadisəsi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rafiq adlı polis əməkdaşı mayın 20-də özünü yaşadığı evdən asaraq intihar edib. O, intihar etdiyi gün xidmətdə olub və evə gedib yenidən xidmətə qayıtmaq adıyla icazə alaraq evində özünü asıb. Deyilənlərə görə, Rafiqin ümumi hesabla 36 min manat borcu olub. Onun borclanmasına səbəb mərc oyunları olub. Mərhum polis atasının yanında, Ucar rayonunda dəfn olunub.
Xəbəri ilk olaraq News24.az saytı yazıb.