"Qardaşımın qanı yerdə qalmayacaq" - Qəzada ölən 20 yaşlı Elxanın BACISI - FOTO
    • 22-05-2020, 15:46
    • 867

"Qardaşımın qanı yerdə qalmayacaq" - Qəzada ölən 20 yaşlı Elxanın BACISI - FOTO

Mayın 20-də saat 10 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində “NazLifan” və “Ford” markalı iki avtomobilin toqquşması ilə baş verən və 1 nəfərin öldüyü qəzanın təfərrüatları bəlli olub. 

Bu barədə News24.az-a qəzada dünyasını dəyişən 20 yaşlı Elxan Məmmədovun bacısı məlumat verib.

O qeyd edib ki, E.Məmmədov dostu Rəşid Aslanzadə ilə birgə Gədəbəyə bir neçə imkansız ailəyə yardım aparmaq üçün yollanıblar: “Onları vuran maşının sürücüsü hadisə yerindən qaçıb. Deyir ki, güya həmin adamın ayaq barmaqları sınıb. Xəstəxanaya gedib. Bəs, eləsə mənim qardaşlarımı niyə aparmayıb? Mən o adamın qəzanı törədib hadisə yerindən qaçdığını sübut edəcəm. Qardaşımın qanını yerdə qoymayacağam ”.

E.Məmmədovun bacısı bildirib ki, qəzada ağır yaralanan Rəşid Aslanzadə hazırda xəstəxanadadır: "Rəşid hazırda ağır vəziyyətdədir. Həkimlər onun yaşamasına bir saat vaxt qoyublar".

Qeyd edək ki, mərhumun bacısı qəzanın araşdırılması ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Elxan Məmmədovun valideynləri Məmmədova Yeganə və Məmmədov Eldar - hər ikisi II qrup Qarabağ əlilidir və prezident təqaüdçüləridir.