Gədəbəydə iki avtomobil toqquşdu - ÖLƏN VAR
    • 21-05-2020, 11:29
    • 883

Gədəbəydə iki avtomobil toqquşdu - ÖLƏN VAR

Mayın 20-də saat 10 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi “NazLifan” və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

News24.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəticədə xəstəxanaya yerləşdirilən E.Məmmədov orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.