Trampın “odda yanmaz, suda batmaz ”avtomobili
    • 28-09-2018, 12:00
    • 936

Trampın “odda yanmaz, suda batmaz ”avtomobili

ABŞ prezidenti Danıld Tramp üçün özəl olaraq hazırlanan, “canavar” adlanan  avtomobil ilk dəfə görüntülənib.

News24.az xəbər verir ki, kimyəvi hücumlara qarşı hazırlanan avtomobilin özəl xüsusiyyətləri saymaqla bitməz.  “Cadillac” markalı avtomobilin büdcəsi 1.1 milyon dollardır.

İçərisində oksigen balonları , Trampa uyğun qan ehtiyatları var. Şüşələrin hər birinin qalınlığı 12 sm-dir və güllə keçirməzdir.

Bütün qapıların ağırlığı  bir Boeing 757 təyyarəsinin qapısı ilə eynı ağırlıqdadır. Əlavə olaraq avtomobil hücum rejimini də keçə bilir.

 Belə ki, ön hissədə silahlar göz yaşardan təchizatlar quraşdırılan avtomobil, baş verə biləcək hər hansısa partlayışlara dözümlüdür.

Şəlalə Ağyeva