Dövlət Dəniz Agentliyindən hava ilə bağlı - XƏBƏRDARLIQ
    • 23-05-2020, 21:20
    • 732

Dövlət Dəniz Agentliyindən hava ilə bağlı - XƏBƏRDARLIQ

Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq edib.

News24.az -ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, mayın 23-ü gündüzdən 24-ü axşamadək Xəzər dənizi akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcək, 23-ü axşamdan 24-nə keçən gecə isə açıq dənizdə arabir 35-38 m/s-dək şiddətlənmə ehtimalı var.

Xəzər dənizində dalğanın hündürlüyü 3-5 metr, sonrakı inkişafda 6-8 metr və daha çox olacağı gözlənilir.