Türkiyə ordusunun bir hərbçisi şəhid OLUB
    • 27-05-2020, 21:24
    • 581

Türkiyə ordusunun bir hərbçisi şəhid OLUB

Türkiyə ordusunun əsgəri Suriyanın İdlib əyalətində həlak olub.

Bu barədə News24.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış zamanı yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.