-
- 28-05-2020, 12:31
- 1 610
Mədəniyyət nazirinin kim olacağlı bilindi – BU TANINMIŞIN ÖVLADI...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində həyata keçirdiyi anti-korrupsiya əməliyyatının ardından istefaya göndərilən mədəniyyət naziri Əbülfəs Qarayevin xələfinin kimliyi məsələsi gündəmin əsas mövzularındandır. Yeni mədəniyyət nazirinin kimliyinin bunca ictimai marağın bir səbəbi də bu sahədə illərlə yığılıb qalmış problemlərin həllinə olan gözləntidir. Odur ki, indi hər kəs bu posta peşəkar və səriştəli kadrın təyin olunacağına ümüd edir. Mediada isə yeni mədəniyyət naziri kimi bir çox şəxslərin adları hallandırılır, sosial şəbəkələrdə hər kəs bu vəzifəyə layiq bildiyi namizədlərinin təbliğinə start verib. Bu isə mövzunun Azərbaycan ictimaiyyəti üçün nə qədər önəmli olduğunu göstərir.
News24.az xəbər verir ki, Yeni mədəniyyət nazirinin kimliyi ilə bağlı Sfera.az-a özəl informasiya daxil olub. Etibarlı mənbənin bildirdiyinə görə, yaxın günlərdə bu posta təyinat gerçəkləşdiriləcək. Həmin vəzifəyə isə iki real namizədin olduğu, yeni nazirin həmin şəxslərdən birinin olacağı bildirilir.
Yeni mədəniyyət naziri postuna iki real namizəddən biri Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın əməkdar incəsənət xadimi, qalereya sahibi Emin Məmmədovdur. Xatırladaq ki, E.Məmmədov çalışdığı müxtəlif vəzifələrdə özünü peşəkar rəhbər, yaradıcı şəxs kimi təsdiqləmiş biridir. Onun mədəniyyət naziri vəzifəsinə gətirilməsində də məhz bu amilin rol oynadığını bildirən mənbənin sözlərinə görə, hakim dairələrdə E.Məmmədova böyük etimad və inam var.
Bildirək ki, E.Məmmədov yaradıcı nəslin nümayəndəsidir. Atası Səlhəb Məmmədov məşhur heykəltəraş, Azərbaycanın xalq rəssamı, professordur. O, Berlində "Xocalı” abidəsi və Romada "Nizami Gəncəvi” abidəsi də daxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır. Səlhəb Məmmədov həm də Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Qardaşı Elxan Məmmədov isə AFFA-nın Baş Katibidir.
Mədəniyyət naziri vəzifəsinə ikinci real namizəd isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fərəh Şirməmməd qızı Əliyevadır.
Fərəh Əliyeva uzun illər mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışıb və onun fəaliyyəti həmişə dövlət tərəfindən yüksək dəyərləndirilib. Həm bu sahənin bilicisi olması, həm də müsbət ictimai reputasiyaya malikliyi F.Əliyevanın nazir postuna təyinatını şərtləndirən amillərdən sayılır. Qeyd edək ki, Fərəh Əliyeva tanınmış professor Şirməmməd Hüseynovun qızıdır.