Brilliant Dadaşova onu bəyənməyənləri "kartof" adlandırdı: "Kilo ilə satılan insanlar var" - VİDEO
    • 22-01-2019, 12:40
    • 1 123

Brilliant Dadaşova onu bəyənməyənləri "kartof" adlandırdı: "Kilo ilə satılan insanlar var" - VİDEO

Xalq artisti Brilliant Dadaşova söz-söhbətə səbəb olacaq açıqlama edib. 

News24.az xəbər verir ki, ifaçı ARB TV-də yayımlanan "Show News" verilişində onu bəyənməyənlərə və instagramda mənfi fikir bildirənlərə səslənib:

“Gözəl bir şey və ya gülməli nə isə görəndə  şərh yazıram. Amma bəyənmədiyim heç nəyə əziyyət çəkib fikir bildirmirəm.

Əgər yazırlarsa deməli çox bəyənirlər. Sadəcə başqa fikirləri var. Kartof və kökü kilo ilə satırlar, amma brilliantı dənə ilə alırlar. Tək və kilo ilə satılan insanlar var. Ona görə də bunları normal hesab etmək olar”.

Teymur MƏMMƏDOV