Günel həyat yoldaşı tərəfindən BIÇAQLANDI
    • 5-06-2020, 10:56
    • 848

Günel həyat yoldaşı tərəfindən BIÇAQLANDI

Bakıda arvadını bıçaqlayan şəxs polisə təslim olub.

News24.az APA-ya istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov könüllü şəkildə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.