Ruhi Əliyeva ÇÖRƏK BİŞİRDİ:
    • 7-06-2020, 00:01
    • 1 337

Ruhi Əliyeva ÇÖRƏK BİŞİRDİ: "KİŞİ OLSAYDIM ÇÖRƏK ALMAZDIM" - VİDEO

Azərbaycanın işgüzar xanımı Ruhi Əliyeva bu gün evində çörək bişirib. 

News24.az xəbər verir ki, mətbəxdəki xüsusi bacarıqları ilə seçilən və sevilən Ruhi Əliiyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonu ərazisində həftəsonu karantin rejiminin sərtləşdirilməsi qərarından sonra market və mağazaların iki gün işləməyəcəyini eşidib çörək üstündə narazılıqlar yaradan insanlara çörək bişiriməyin çox asan olduğunu əyani nümayiş etdirmək üçün bu addımı atıb.  

Çörək bişirdiyi anı videoyaya alan Ruhi xanım, həmin anları şəxsi instagram səhifəsində paylaşıb: "Salam əzizlərim, axşamınız xeyir. Dünəndən bəri izlədiyim videolarda insanların çörəyə görə təşvişə düşdüyünü görüb, həqiqətən çox təəcübləndim. Ev üçün lazımi qidaları almaq təbii ki vacibdir, amma iki günlük qadağa üçün bu qədər təşvişə düşməyə gərək yox, əzizlərim. Mən əminəm ki, elə bir xanım yoxdur ki, çörək bişirməyi bacarmasın. Məsələn, biz mağazadan heç vaxt çörək almırıq. Yalnız evdə özümüz bişiririk. Sizə də bunu məsləhət görürəm, mənim dəyərli xanımlarım. Özünüzü qoruyun".