Azərbaycanda bir gündə 323 yoluxma, 5 nəfər VƏFAT ETDİ
    • 8-06-2020, 18:46
    • 549

Azərbaycanda bir gündə 323 yoluxma, 5 nəfər VƏFAT ETDİ

Azərbaycanda bir gündə 323 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 5 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343391 test aparılıb.