Prezident Administrasiyasında 19 nəfər KORONAVİRUSA YOLUXUB
    • 9-06-2020, 19:35
    • 649

Prezident Administrasiyasında 19 nəfər KORONAVİRUSA YOLUXUB

Sadəcə siravi vətəndaşlarda deyil, dövlət müəssisələrində çalışanlar arasında koronavirusa yoluxanlar var. 

News24.az
xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. “Prezident Administrasiyasında 19 nəfər koronavirusa yoluxub”.

R. Bayramlı FHN-də də 5 nəfərin koronavirusa yoluxduğunu deyib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib.

Afaq Mirayiq