-
- 10-06-2020, 12:53
- 1 207
Aviaşirkətlərə 84 MİLYARD DOLLARLIQ ZİYAN
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) aviaşirkətlərin bu il koronavirus səbəbiylə rekord itki ilə üz-üzə qalacağını açıqlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, assosiasiya dünya üzrə fəaliyyət göstərən aviaşirkətlərin zərərinin 84 milyard dollar olacağını proqnozlaşdırır.
Qeyd edilib ki, şirkətlərin 2019-cu ildə gəliri 838 milyard dollar səviyyəsində olub. Bildirilib ki, 2021-ci il hava yolu ilə səyahət edənlər üçün əlveriçli olacaq. Buna səbəb isə aviaşirkətlərin əvvəlki vəziyyətə qayıtması və müştəri cəlb etməsi üçün qiymətlərə endirim etməsi olacaq.