Tanınmış jurnalist ATV-dən ÇIXDI - FOTO
    • 11-06-2020, 10:44
    • 520

Tanınmış jurnalist ATV-dən ÇIXDI - FOTO

Daha bir tanınmış jurnalist ATV-dən ayrılıb.

News24.az xəbər verir ki, bu dəfə Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı televiziya ilə yollarını ayırıb. Bu barədə jurnalist özü məlumat verib: "Əziz dostlar. Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində "ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik".

Sevda Bayramova