Tələbələrə “Smart tələbə kartı” TƏQDİM EDİLDİ
    • 11-06-2020, 14:01
    • 655

Tələbələrə “Smart tələbə kartı” TƏQDİM EDİLDİ

Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Smart tələbə kart”ları təqdim edilib.

Universitetin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu kartlar Təhsil Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının (AMB) və BDU-nun təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, “Smart tələbə kartı” vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə çox rahat şəkildə əldə edəcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə “Smart tələbə kartı”nın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi nəzərdə tutulub. Həmçinin müəllimlər üçün də xüsusi kartların hazırlanması üzrə işlər davam edir və təhsil bərpa olunduqdan sonra ilk dəfə təqdimatı baş tutacaq.