-
- 3-11-2018, 13:47
- 718
Azərbaycanda tələbə biletləri ilə bağlı yenilik – Video
Azərbaycanda tələbə biletlərinin, eləcə də tələbə təqaüdlərinin verilməsi formasının dəyişdirilməsi nəzərdə tutulub. Yeni kart çoxfunksiyalı olacaq.
Yeni biletlər təkcə tələbələrin universitetdə oxuduqlarını təsdiqləyən sənəd rolunu oynamayacaq.
Bu biletdən həm də ödəniş kartı kimi istifadə etmək mümkün olacaq.
İstər dövlət, istərsə də tədris müəssisələrinin verdiyi təqaüdlər həmin kartlara köçürüləcək. Bundan başqa, bu vəsiqələrlə tələbələr müxtəlif əməliyyatlar edə biləcəklər.
Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyir ki, dünya ölkələrində bu təcrübədən uzun müddətdir istifadə olunur.
Tələbələr də çoxfunksiyalı biletlərin tətbiqini müsbət qiymətləndirirlər. Bu onların işlərini xeyli rahatlaşdıracaq.
Qeyd edək ki, bu məsələ “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.