Ceyranbatan su anbarı yaxınlığındakı yanğının söndürülməsinə HELİKOPTER CƏLB EDİLDİ
    • 11-06-2020, 17:19
    • 654

Ceyranbatan su anbarı yaxınlığındakı yanğının söndürülməsinə HELİKOPTER CƏLB EDİLDİ

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.  

Əlavə məlumat veriləcək.