Bir nəfər də olsun işçimizi ixtisara salmamışıq - AZAL
    • 11-06-2020, 17:39
    • 580

Bir nəfər də olsun işçimizi ixtisara salmamışıq - AZAL

İlk zərbəni hava yolları aldı. 2019 cu ildə 4 milyon 740 min sərnişinə xidmət etmişdiksə, bu il cəmi 760 min sərnişinə xidmət göstərmişik. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib. Onun sözlərinə görə, iyun ayında 2 milyona yaxın sərnişinə xidmət göstərilməliydi.
"Bu gün işçilərimiz maaşlarını vaxtında alırlar. Başqa dövlətlərlə müqayisədə biz bir nəfər də olsun işçimizi ixtisara salmamışıq". 

Afaq Mirayiq