37.5 dərəcə qızdırması olanlar ÖLKƏNİ TƏRK EDƏ BİLMƏYƏCƏK
    • 11-06-2020, 17:28
    • 605

37.5 dərəcə qızdırması olanlar ÖLKƏNİ TƏRK EDƏ BİLMƏYƏCƏK

Martın 15 dən Azərbaycan Hava Yolları 151 təxliyyə reysləri ilə 12823 əcnəbi Azərbaycandan öz vətəninə qaytarılıb. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib. Onun sözlərinə görə, yola düşməyə hazırlaşan sərnişinlərin 37.5 hərarəti olarsa, terminaldan buraxılmayacaqlar.

Qeydiyyat prosedurunu müstəqil qeydiyyat köşklərində etmək mümkündür. Növbə olmasın deyə sərnişinlərin qeydiyyatı online və ya mobil telefonlarla aparılacaq. Sərnişinlərə hava gəmisinə daxil olarkən maska, əlcək, dezinfeksiyaedici vasitələr veriləcək. Tualet istisna olmaqla, sərnişinlərin ekipajda gəzməyi qadağandır. COVİD 19 aşkarlanan xəstəıər isə gəminin arxa hissəsində saxlanılacaq. Əılərində mınfi tes nəticələr olan arayəşlar olmalıdır. Qarşılayan şəxslər Heydər Əliyev aeroportundan kənarda gözləməlidirlər, terminala buraxılmayacaqlar. Yemək və içkilər birdəfəıik qablardan istifadə olunacaq.

Afaq Mirayiq