AZAL uçuşdan imtina edən sərnişinlərin pulunu BU MÜDDƏTDƏ GERİ QAYTARACAQ
    • 11-06-2020, 17:57
    • 596

AZAL uçuşdan imtina edən sərnişinlərin pulunu BU MÜDDƏTDƏ GERİ QAYTARACAQ

Azərbaycan Respublikasının ərazisində bilet almış şəxslər biletlərini Azərbaycan Hava Yollarından yeni biletlərə dəyişdirə biləcəklər. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib. Onun sözlərinə görə, biletlər vauçer şəklində qaytarıla bilər:"Əgər vətındaşlar vauçer almağa razılaşmasalar, Azərbaycan Hava Yolları beynəlxalq uçuşlar açılandan 60 gün sonra biletin məbləğinin geri qaytarılması nəzərdə tutulur".

E.Hacıyev səfərdən qayıdanların karantində saxlanması məsələsinə də münasibət bildirib:"Bütün sərnişinlər qayıtdıqdan sonra 48 saat qüvvədə olan COVİD arayışı ilə almalıdırlar, bu zaman karantində qalmağa ehtiyac olmayacaq. Ola bilər ki, çarter uçuşlarına da bu tətbiq olunsun". 


Afaq Mirayiq