Naxçıvandan gələnlər ev karantininə göndəriləcək - RƏSMİ
    • 11-06-2020, 18:03
    • 683

Naxçıvandan gələnlər ev karantininə göndəriləcək - RƏSMİ

“Biz xarici dövlətlərin tələblərini öyrənirik”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.

A. Məmmədov deyib ki, beynəlxalq uçuşlara icazə verilən zaman həmin dövlətdəki tələblər barədə məlumat veriləcək.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva xaricə səfərlərlə bağlı qaydaların hazırlanacağını bildirib: “Naxçıvandan gələn sərnişinlər isə ev karantininə göndəriləcək”.