"eBay"  bloqerlərə canlı həşəratla dolu BAĞLAMA GÖNDƏRDİ
    • 16-06-2020, 11:00
    • 1 203

"eBay" bloqerlərə canlı həşəratla dolu BAĞLAMA GÖNDƏRDİ

"eBay" onlayn mağazasının işçiləri şirkəti tənqid edən bloqerlərə bağlamalar göndərib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin bağlamalarda canlı həşəratlar, cənazə çələngləri və qanlı donuz maskası olub. 

Bildirilir ki, indi "eBay"-ın keçmiş keçmiş işçiləri Massaçusets ştatından olan cütlüyü onlayn izləməkdə günahlandırılır. 

Qeyd edilib ki, idarəedici vəzifədə çalışanlardan biri işçilərə "eBay" haqqında mənfi məqalələr yazmağı dayandırana qədər cütlüyü narahat etmək üçün göstəriş verib.