Koronavirusdan müalicə olunan xəstəyə 1 MİLYONDAN ÇOX HESAB GƏLDİ
    • 16-06-2020, 13:33
    • 408

Koronavirusdan müalicə olunan xəstəyə 1 MİLYONDAN ÇOX HESAB GƏLDİ

70 yaşında koronavirusa yoluxan amerikalı Maykl Flor şok yaşayıb.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı kişi xəstəxanada 62 gün müalicə olunduqdan sonra ona 181 səhifəlik hesab gəlib. 

Həftələrlə süni komada saxlanılan M.Flora gələn hesab 1,1 milyon dollar dəyərində olub. Bəlli olub ki, yaşlı kişinin 1 günlük müalicəsi 9,7 min dollara başa gəlib.