Qazaxıstanda qasırğa - XƏSARƏT ALANLAR VAR
    • 17-06-2020, 12:20
    • 490

Qazaxıstanda qasırğa - XƏSARƏT ALANLAR VAR

Qazaxıstanın şərqindəki Ayagöz şəhərində baş verən qasırğa nəticədə 7 nəfər yaralanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, saniyədə 28 metrədək güclü külək yaşayış binalarının və ofis binalarının damlarını uçurub. Ümumilikdə qasırğa 70-dən çox bir mərtəbəli evə və 20 ikimərtəbəli evə, həmçinin dörd məktəb, üç uşaq bağçası, xəstəxana və baytarlıq laboratoriyasına ziyan vurub.

Yaralılar əsasən qırılan budaqlardan və sınmış şüşələrdən xəsarət alıblar. Bir zərərçəkən xəstəxanaya yerləşdirilib.