Fırtına Antalyada avtobusu aşırdı: yaralılar var - FOTO - VİDEO
    • 26-01-2019, 15:32
    • 640

Fırtına Antalyada avtobusu aşırdı: yaralılar var - FOTO - VİDEO

Fırtına Türkiyənin Antalya bölgəsində bir çox fəsadlar törədib, həyat iflic olub. 

Təbii fəlakət zamanı Antalya aeroportunda iki avtobus aşıb, bir təyyarə və helikopterə ziyan dəyib.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanalara yerləşdirilib. 

Üç gündür davam edən güclü qasırğa nəticəsində azı iki nəfər ölüb, 20-dən çox insan yaralanıb. 

Yerli rəsmilər ehtiyac olmadığı zaman küçələrə çıxmamağı tövsiyə edib. 

Sürəti saatda 103 kilometrə çatan külək məscidlərdən birinin minarəsini də uçurub. 

Bəzi vətəndaşlar tornadonu mobil telefonlarının kameraları ilə lentə alıblar.