Zelenskinin ofisi qarşısında mitinq - İSTEFASI TƏLƏB OLUNUR
    • 17-06-2020, 13:29
    • 733

Zelenskinin ofisi qarşısında mitinq - İSTEFASI TƏLƏB OLUNUR

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin qarşısında video bloqer Anatoli Şariyin tərəfdarlarının mitinqi keçirilir.

News24.az RİA-ya istinadən xəbər verir ki, etirazçılar dövlət başçısının istefasını tələb edirlər. Onlar əllərində Ukrayna bayraqları və prezidentin istefasını tələb edən plakatlar tuturlar.

Fəallar həmçinin konstitusiya hüquqlarının qorunmasını və ictimai fəalların və jurnalistlərin döyülməsinin dayandırılmasını tələb edirlər.