Zelenski Ukrayna üçün and içəcək - DEPUTATLAR QORXUDA
    • 7-05-2019, 11:48
    • 1 161

Zelenski Ukrayna üçün and içəcək - DEPUTATLAR QORXUDA

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin inaqurasiyasnın vaxtı bəlli olub.

News24.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə fraksiya üzvü olmayan deputat Viktor Baloqa şəxsi "Facebook" hesabında məlumat verib. O, inaqurasiyanın 19 may tarixində keçirilməsi üçün parlamentə məktubla müraciət etdiyini açıqlayıb və bunu V.Zelensikinin deyil, öz istəyi etdiyini bildirib. 

Qeyd edək ki, hazırda parlament üzvləri inaqurasiyanın vaxtını uzatmağın və səlahiyyətlərinə məhdudiyyət qoyulmasının tərəfdarıdır. Deputatlar Vladimir Zelenskinin andiçmə mərasimindən onları parlamentdən uzaqlaşdıracağından ehtiyyat edirlər.