Daha 329 nəfərdə koronavirus aşkarlandı - 7 ÖLÜ
    • 17-06-2020, 20:41
    • 664

Daha 329 nəfərdə koronavirus aşkarlandı - 7 ÖLÜ

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.