-
- 18-06-2020, 11:39
- 687
“Birinci sinfə qəbul heç vaxt təxirə salına bilməz”- NAZİRLİKDƏN AÇIQLAMA
“Birinci sinfə qəbul heç vaxt təxirə salına bilməz”.
Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bəzi valideynlərin övladlarını birinci sinfə qəbuldan imtina etməsi məsələsinə münasibət bildirərkən deyib: “Dərslərin dekabr ayına kimi təxirə salınmasını kim deyə bilər? İki ay bundan sonrakı tarixlə bağlı, təhsil prosesi ilə bağlı proqnoz verə bilmərəm. Əsas odur ki, biz növbəti tədris ili üçün hazırlaşırıq. Hazırlıq prosesi ilə bağlı ayrı-ayrı işlər görülür”.
C.Valehov uşaqların dərsdən yayındırılması məsələsinə münasibət bildirib: “Şübhəsiz ki, uşaq dərsə getməlidirsə, qeydiyyatdan keçməlidir, tədris prosesində iştirak etməlidir”.
Qeyd edək ki, əksər valideynlər övladlarını birinci sinfə qeydiyyatdan keçirməkdən imtina ediblər. Onlar birinci sinifdə dərslərin online qaydada keçirilməsini düzgün hesab etmirlər.
Afaq Mirayiq