Sabirabadda bir nəfər Kürdə BATDI
    • 18-06-2020, 18:23
    • 769

Sabirabadda bir nəfər Kürdə BATDI

Sabirabad rayonunda bir nəfər Kürdə batıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazorliyindən bildirilib. Xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.